Azərbaycanın əmək və əhalinin sosial müdafiəsi naziri Cəbəllütariqli həmkarını qəbul edib - FOTO

Azərbaycanın əmək və əhalinin sosial müdafiəsi naziri Cəbəllütariqli həmkarını qəbul edib - <font color=red>FOTO</font>
# 29 iyun 2012 12:27 (UTC +04:00)
Bakı. Sevil Zeynalqızı-APA. Bakıda keçirilən 23-cü “Crans Montana” Forumunda iştirak etmək üçün ölkəmizdə səfərdə olan Cəbəllütariqin Müəssisələr, Təlimlər və Məşğulluq naziri Coy Bossano bu gün əmək və əhalinin sosial müdafiəsi naziri Fizuli Ələkbərovla görüş keçirib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) İctimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, görüşün əsas məqsədi Azərbaycanda aparılan sosial-iqtisadi islahatlar, qazanılan nailiyyətlər barədə məlumatlar əldə etmək və gələcək əməkdaşlıq məsələlərinin müzakirəsi olub.

F. Ələkbərov görüşdə Azərbaycanın sosial-iqtisadi inkişafı haqqında məlumat verib. O qeyd edib ki, ölkədə iqtisadi tərəqqidən irəli gələn imkanlar ilk növbədə insan kapitalının inkişafına, sosial rifahın yüksəldilməsinə yönəldilir. Yoxsulluğun azaldılması istiqamətində həyata keçirilən tədbirlərin nəticəsi olaraq, son 8 il ərzində bir milyondan çox yeni iş yeri yaradılıb, işsizlik səviyyəsi 5,6 faizə enib, yoxsulluq səviyyəsi 49 faizdən 7,6 faizə qədər azalıb.

C. Bossano rəhbərlik etdiyi nazirliyin məşğulluq və əmək, sosial müdafiə, pensiyalar və sosial yardım, birbaşa investisiyalar, müəssisələr və təlimlər sahələri üzrə fəaliyyət göstərdiyini söyləyib. Qonaq ƏƏSMN-nin fəaliyyət sahələri ilə tanış olub. Coy Bossano Azərbaycanda neft və qeyri-neft sektoru, həmçinin əmək, sosial müdafiə və məşğulluq sahələrində son illərdə görülən işləri, əldə olunan nailiyyətləri yüksək qiymətləndirib.

Görüş zamanı hər iki ölkənin nazirliklərinin fəaliyyət sahələrinə aid olan məsələlər və ikitərəfli əməkdaşlıqla bağlı gələcək perspektivlər müzakirə edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR