Bank Of Baku

TQDK-da buraxılış imtahanlarının nəticələri ilə bağlı Apellyasiya komissiyaları yaradılıb

TQDK-da buraxılış imtahanlarının nəticələri ilə bağlı Apellyasiya komissiyaları yaradılıb
# 30 iyun 2012 11:19 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva - APA. Bu gündən Tələbə Qəbulu üzrə Dövlət Komissiyasında (TQDK) buraxılış imtahanlarının nəticələri ilə bağlı Apellyasiya komissiyaları yaradılıb. Bu barədə APA-ya TQDK-nın mətbuat xidmətinin rəhbəri Elnur Nağızadə bildirib. Onun sözlərinə görə, Apellyasiya Komissiyaları iyulun 3-dək fəaliyyət göstərəcəklər.

Qeyd edək ki, Azərbaycanda buraxılış imtahanları iyunun 3-dən başlayıb. Dünən ölkədə sonuncu buraxılış imtahanları keçirilib. İyulun 4-də isə səhhəti, ailə vəziyyəti ilə əlaqədar buraxılış imtahanlarında iştirak edə bilməyən şagirdlər üçün buraxılış imtahanları keçiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR