Bank Of Baku

Qəbələdə keçirilən “Gənc xilasedici və yanğınsöndürən” adlı respublika yarışı başa çatıb - FOTOSESSİYA

Qəbələdə keçirilən “Gənc xilasedici və yanğınsöndürən” adlı respublika yarışı başa çatıb - <font color=red>FOTOSESSİYA</font>
# 30 iyun 2012 12:08 (UTC +04:00)
APA-nın məlumatına görə, fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov, təhsil naziri Misir Mərdanov, gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov, UNİCEF-in ölkəmizdəki nümayəndəsi Mark Hervord yarışın keçirildiyi çadır düşərgəsində xilasedici və yanğından mühafizə komandalarının fövqəladə hallara hazırlıq vəziyyəti, onların təlimləri, müxtəlif texnikalardan istifadə etmək bacarığı ilə maraqlanıblar. Yarışda komandalar beş mərhələdə - “Manelər zolağı”, “Kombinə edilmiş yanğın estafeti”, “Axtarış-xilasetmə işi”, “Komandaların təqdimatı” və “Gənc ekspertlər” üzrə mükafatlar uğrunda mübarizə aparıblar. Yük avtomobilində və yaşayış evində baş verən yanğının söndürülməsi və insanların xilas edilməsi şərti adı altında keçirilən təlim-əməliyyatına baxış keçirilib.

“Qafqaz Resorte” hotelində keçirilən komandaların mükafatlandırılması mərasimində çıxış edənlər bu yarışın yeniyetmə və gənclərin fövqəladə hallara hazırlıq səviyyəsinin yüksəldilməsi, məktəblilərə şəxsi və ictimai təhlükəsizliyə məsuliyyətli yanaşma hissinin və gənc nəslə hərbi vətənpərvərlik ruhunun aşılanması, sağlam həyat tərzinin təbliği məqsədilə keçirildiyini bildiriblər. Bildirilib ki, 19 şəhər və rayonun təmsil olunduğu final yarışlarında Siyəzən I, Şuşa II və İsmayıllı III yerləri tutub. Komandalara kubok və hədiyyələr təqdim edilib. Tədbir konsert proqramı ilə davam edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR