Bank Of Baku

Kür və Araz çaylarında keçirilən növbəti monitorinqin nəticələri açıqlanıb

Kür və Araz çaylarında keçirilən növbəti monitorinqin nəticələri açıqlanıb
# 02 iyul 2012 08:00 (UTC +04:00)
Bakı. Sevil Zeynalqızı-APA. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti Kür və Araz transsərhəd çaylarının, həmçinin onların transsərhəd qollarının çirklənmə vəziyyətini öyrənmək məqsədilə iyun ayının III ongünlüyündə keçirilən monitorinqin nəticələrini açıqlayıb. APA-nın nazirliyin saytına istinadən verdiyi məlumata görə, Kür çayında suyun sərfi iyun ayının II ongünlüyünə nisbətən 35 kubmetr/saniyə azalaraq 125 kubmetr/saniyə təşkil edib. Monitorinqin nəticələrinə əsasən, Gürcüstan və Ermənistan ərazilərindən təmizlənmədən birbaşa su obyektlərinə axıdılan məişət tullantıları və sənaye müəssisələrinin çirkab sularının təsiri nəticəsində Kür çayı və onun qollarında biogen maddələrin miqdarı normadan dəfələrlə artıq olub. Suyun tərkibindəki spesifik çirkləndiricilərdən fenol və mis birləşmələri yol verilən qatılıq həddini (YVQH) keçib. Şıxlı-2 məntəqəsində fenollar və mis birləşmələri 3, Ağstafaçayda mis birləşmələri 2, fenollar 3, Ağstafaçay su anbarında isə fenollar 3, mis birləşmələri YVQH-dən 4 dəfə çox olub.
Araz çayı üzrə Horadiz məntəqəsində suyun əsas çirkləndiricilərindən olan fenollar 3, mis birləşmələri 2, I Şahsevən məntəqəsində fenollar 2, mis birləşmələri 4, Bəhramtəpə məntəqəsində fenollar 2, mis birləşmələri isə 3 dəfə YVQH-ni keçib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR