Bank Of Baku

Estoniya parlamentinin sədri Şamaxı Astrofizika Rəsədxanasında olub

Estoniya parlamentinin sədri Şamaxı Astrofizika Rəsədxanasında olub
# 02 iyul 2012 08:40 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Azərbaycanda rəsmi səfərdə olan Estoniya parlamentinin sədri Ene Erqma və onu müşaiyət edən şəxslər Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında (ŞAR) qonaq olublar. Rəsədxananın direktoru Əyyub Quliyevin APA-ya verdiyi xəbərə görə, rəsədxanada aparılan elmi tədqiqatlar və son illər əldə olunmuş yeni nəticələr, fəaliyyət göstərən teleskoplar və qurulması nəzərdə tutulan daha böyük teleskop, cihaz və avadanlıqlar barədə məlumatlar E. Erqmanı bir astrofizik kimi xüsusi maraqlandırıb. Görüşdə gələcəkdə Estoniya astrofizikləri ilə Azərbaycan astrofizikləri arasında sıx əlaqələrin bərpası və yeni, daha yüksək səviyyədə əlaqələrin qurulması zərurəti xüsusi qeyd olunub. E. Erqma ŞAR-ın yeni konfrans zalları, iş otaqları və yeni yaradılmış astrofizika tarixi muzeyi ilə tanışlıqdan sonra xatirə kitabına öz ürək sözlərini yazıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR