Ən təhlükəli infeksiyalardan olan vərəm haqqında nə bilirik? – ARAŞDIRMA
Bakı. Sevil Zeynalqızı-APA, Qədim və yoluxucu xəstəlik olan vərəm hazırda dünyada ən təhlükəli infeksiyalardan sayılır. Bakı şəhər 1 saylı Vərəm Dispanserinin baş həkimi Yavər Şıxaliyevin APA-ya verdiyi məlumata görə, vərəm xəstəliyinin törədicisinin, yoxsa insanın daha əvvəl yaranması tarixən mübahisəli məsələlərdəndir: “Hələ eramızdan 2-3 min əvvəl insanlar vərəm xəstəliyinə yoluxublar. Almaniyanın Heyderberq vilayətinin yaxınlığında tapılan mumiyalanmış insan skeletləri üzərində aparılan tədqiqatlar zamanı həmin insanların vərəmə yoluxduğu aşkarlanıb. Yəni, həmin skeletlərdə baş verən əyilmələr, sümüklərdə müxtəlif düyünlər şəklində dəyişikliklərin olması onlarda bu xəstəliyin olduğu ehtimalını irəli sürmək imkanı verir”.
Kralın sağ ayağının baş barmağı ilə “müalicə olunan” xəstəlik
Vərəm xəstəliyinin tarixindən və qədim müalicə üsullarından danışan baş həkimin sözlərinə görə, keçmişdə Fransada kralların tacqoyma mərasimlərində vərəmli xəstələrin “müalicəsi” həyata keçirilib. Kral sağ ayağının baş barmağını xəstə nahiyəyə çəkməklə onları “müalicə edib”. Sonralar krallar öz saraylarında vərəm müalicəxanalarını da açıb və bundan pul qazanıblar: “O vaxtlar insanlarda daha çox limfa sisteminin vərəmi yayılırdı. İnsanlar boyun, qoltuqaltı nahiyələrdə limfa vəzlərinin böyüməsindən narahat olurdular. Ağciyər vərəmi haqqında isə insanlar məlumatsız idilər”.
Vərəm xəstəliyinin törədiciləri ilk dəfə 1882-ci ilin aprel ayının 24-də Alman Robert Kok tərəfindən aşkar edilib. Xəstəliyin tarixində daha böyük hadisə isə 1895-ci ildə alman alimi Rentgen tərəfindən rentgen şüalarının təyini ilə baş verib. 1906-cı ildə ilk dəfə olaraq Andrey Popov tərəfindən rentgen aparatı quraşdırılıb. Bu, insanların kütləvi şəkildə müayinələrin həyata keçirilməsinə imkan verib. Bu həmçinin, vərəm xəstəliyinə, xüsusilə xəstəliyin ağciyər formalarına diaqnoz qoyulmasında böyük irəliləyişə səbəb olub. Dünyada vərəmə qarşı ilk peyvənd 1921-ci ildə aşkarlanıb, vərəm əleyhinə ilk dərman isə 1944-cü ildə icad edilib. “Streptomitsin” vərəmin müalicəsində istifadə edilə biləcək ilk aminoqlikozid antibiotik preparat olub. Bu kəşfinə görə doktor Vaksman Nobel mükafatı ilə təltif olunub.
Aztəminatlı və çoxuşaqlı ailələrdə analar müayinədən yayınırlar
Elmi Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun hesablamalarına əsasən, Azərbaycanda vərəm xəstəliyi aşkarlanan şəxslərin sayı artıb. Ötən il Azərbaycanda 2045 vərəmə yoluxma halı aşkarlanıb. 2010-cu ildə bu rəqəm 1997, 2009-cu ildə 1487 olub. İnstitut mütəxəssisləri bunu vərəm xəstələrinin sayının artması ilə yox, müasir avadanlıqların vasitəsilə vərəmli xəstələrin daha tez aşkarlanması ilə izah edirlər. Amma vərəmlə bağlı mövcud olan stiqma insanlarda bu xəstəliyin aşkar edilməsinə və vaxtında müalicəsinə mane olar (Stiqma - hansısa qüsura görə insanların cəmiyyətdən təcrid olunmasıdır)
Y. Şıxəliyev bildirib ki, hazırda Azərbaycanda 100 min nəfərə 37 vərəmli xəstə düşür. Bu rəqəm Rusiyada 70, Qazaxıstanda 90 nəfər təşkil edir. Dünyada vərəmə görə, 4 risk qrupu qəbul olunub - əyyaşlar, siqaret çəkənlər, sosial vəziyyəti aşağı olanlar və mühacirlər. Azərbaycan üçün isə risk qrupu 70-dən yuxarıdır. Baş həkimin sözlərinə görə, Rusiyadan fərqli olaraq Azərbaycanda əyyaşlar vərəm üçün risk qrupu sayılmır, çünki bizdə spirtli içkilərdən həddən artıq istifadə halları yoxdur. Amma Azərbaycanda sosial vəziyyəti ağır olan bəzi ailələri risk qruplarına aid etmək olar: “Ölkədə qadınların çoxu tibbi müayinələrdən yayınırlar. Belə qadınlar əsasən, çoxuşaqlı analardır. Onlar öskürək, asqıraq, qızdırma zamanı həkimə müraciət etmir, bu vəziyyətdə ev və çöl işləri ilə məşğul olurlar. Hələ 1978-ci ildə Naxçıvanın bir kəndində kütləvi müayinə aparırdıq. Əsas məqsədlərimdən biri evdar qadınları müayinə etmək idi. Bu, mümkün olmadı, ona görə ki, küçədə kişilər vardı və qadınlar onların yanında rentgen aparatına girmək istəmirdilər. Sonra aparatı bir həyətə qoyduq və müayinəyə nail olduq. Bu, stiqmadır. Amma mən Moskvada işləmişəm və orada küçədən keçən qadınlara müraciət edilən zaman onların dərhal, elə küçədəcə müayinəyə razı olduqlarını görmüşəm”.
Azərbaycanda varlı insanlar da vərəmə yoluxurlar
Baş həkimin sözlərinə görə, Azərbaycanda mövcud olan digər bir risk qrupu isə varlılardır: “Azərbaycanda varlı insanlar da vərəmə yoluxurlar. Ona görə ki, imkanlı ailələrin övladlarının havasız, siqaret tüstüsü bürüyən yeraltı gecə klublarında əylənməsi infeksiyalara yoluxmalarına səbəb olur. Xəstəliyin yaranması üçün müəyyən faktorlar var ki, onlar xəstəliyin əmələ gəlməsi üçün birbaşa şərait yaradırlar. Siqaret çəkənlər, alkoqollu içkilər qəbul edənlər, şəkərli diabet xəstələri, 12 barmaq bağırsağında yara xəstəliyi olanlar, İİV/QİÇS xəstəliyinə yoluxanlar, miqrantlar, müayinədən yayınan evdar qadınlar və sair daha çox vərəmə yoluxma riskinə malikdirlər. Onlar daim ərazidəki poliklinikaların nəzarətində olmalıdırlar. Hər bir sağlam adam ildə bir dəfə vərəmə görə müayinədən keçməlidir və poliklinikalar əhali arasından risk qruplarını seçməlidirlər”.
Y. Şıxəliyev evində vərəmli xəstə olan insanların çoxunun bunu ətrafdan gizləməyə çalışdıqlarını deyib. Onun sözlərinə görə, insanlar bunu daha çox övladlarının gələcək ailə həyatları naminə etdiklərini deyirlər: “Valideynlər hesab edirlər ki, onların özlərində, qız və ya oğlanlarında aşkarlanan bu xəstəlik onların ailə qurmalarına problem yarada bilər. Ona görə də, belə adamlara individual yanaşma tələb olunur. Məsələn, yetkinlik yaşına çatan qız uşağını dispanser prinsipləri ilə müayinəyə gəlməyə, yaşadığı evi dərmanlamağa məcbur etmək olmaz. Bu, individual olmalıdır. Ev də dərmanlanmalıdır, xəstə qeydiyyata düşməli və müalicə də olunmalıdır. Evin dərmanlanması zamanı mütəxəssisi təlimatlandırmaq lazımdır ki, bu işi xəstənin qonşularından xəbərsiz etsin. Xəstə də arxayın şəkildə müalicəsini həyata keçirsin”. Baş həkim deyib ki, müayinələrin gecikdirilməsi vərəm preparatlarına davamlı xəstələrdə ağırlaşmalara səbəb olur: “Vaxtında və düzgün müalicə almayan, mütəxəssis həkimə yox, başqa sahənin həkimlərinə müraciət etməklə effektsiz və fasiləli müalicə alan insanlara dərmanlar da kömək etmir və onlar ağır xəstələrə çevrilirlər”.
Təmassız vərəm xəstəsinin olmadığını deyən baş həkimin sözlərinə görə, hər bir insan vərəmə yoluxa bilər. Bundan qorunmaq üçün orqanizmin ümumi bioloji qabiliyyətinin səviyyəsinin mühüm əhəmiyyəti var: “Məsələn bizim dispanserdə işləyən tibb işçiləri arasında vərəmə yoluxma halları 0-a bərabərdir. Ona görə ki, tibbi heyət özünü bundan qorumaq üçün orqanizminin immunitetinə, qida rasionlarına nəzarət edir. Orqanizmin immunitetini qorumaq lazımdır. Amma elə faktorlar var ki, onlar bir yerə cəmləşəndə insan vərəmə yoluxur. Məsələn, şəkərli diabet xəstəsi olan insanın evində vərəmli xəstə varsa, bu ona yoluxa bilər. Deməli həmin insanın orqanizminin bu viruslara qarşı müqaviməti yoxdur”.
Stiqmaları aradan qaldırmaq üçün təbliğata ehtiyac var
Baş həkim vərəmlə bağlı stiqmaların aradan qaldırılması yollarını da açıqlayıb. Onun sözlərinə görə, bunun üçün vərəmin qorxulu xəstəlik olmadığını, sağalan xəstəlik olduğunu təbliğ etmək lazımdır. Çalışmaq lazımdır ki, xəstələr həkimə vaxtında müraciət etsin, müalicəyə başlasın və sağlam həyata qayıtsınlar. Y. Şıxəliyev vərəmin profilaktikasının daha vacib olduğunu deyib. Bundan ötrü hər il uşaqlarda və yeniyetmələrdə “mantu” sınağı aparılır, virajlı uşaqlar aşkar olunaraq VI qrup dispanser uçot qeydiyyatına götürülürlər.
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəliyindən APA-ya verilən məlumata görə, təşkilat 2015-ci ilədək dünyada vərəmdən ölüm hadisələrinin sayını iki dəfə azaltmağa çalışır. ÜST-nın hesablamalarına əsasən, son 20 il ərzində bu xəstəlikdən ölüm halları 40 faizədək azalıb. 2010-cu ildə vərəm xəstəliyinə düçar olanların sayı 8,8 milyona, bu xəstəlikdən ölənlərin sayı isə 1,4 milyonadək azalıb. ÜST-ün məlumatına görə, vərəm 15-44 yaşlı qadınlar arasında əsas ölüm səbəblərindən biridir. 2010-cu ildə dünyada 320 min qadın vərəmdən ölüb. Təşkilatın dünyada vərəmin yayılmasına dair son hesabatının Azərbaycana aid hissəsində bildirilir ki, müalicəyə müqavimətli vərəm növünün ölkədə təqribi artımı ötən illərlə müqayisədə bir qədər enərək 22 faiz təşkil edib. Müalicə məqsədi ilə istifadə olunan dərmanlar bəzən effekt vermədiyinə görə, vərəmə yoluxan insanların 56 faizi yenidən müalicə olunmaq zərurəti ilə üzləşir. Hesabata görə, ötən il Azərbaycanda 1700 nəfər müalicəyə müqavimətli vərəm növünün daşıyıcı olub. Ölkədə vərəmlə mübarizəyə dövlət səviyyəsində ayrılan vəsaitin artımı müşahidə edilir.
"Milli Vərəm Proqramı" vərəmlə mübarizədə müsbət nəticələrin əldə edilməsinə təkan verəcək
Qeyd edək ki, Azərbaycanda “2011-2015-ci illər müddətində Vərəmlə mübarizə strategiyası” və “Tədbirlər planı” qəbul olunub. Mütəxəssislər hesab edir ki, Azərbaycanda vərəmlə mübarizədə "Milli Vərəm Proqramı"nın qəbul edilməsinə və vərəmlə mübarizədə yeni strategiyanın həyata keçirilməsinə ehtiyac var. Onların fikrində, bu sənədlər ölkədə vərəmlə mübarizədə müsbət nəticələrin əldə edilməsinə və bu təhlükəli problemin köklü surətdə həllinə təkan verəcək.
Yazı ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) maliyyələşdirdiyi Azərbaycanda Səhiyyənin Gücləndirilməsi Layihəsinin elan etdiyi “Vərəmlə bağlı stiqmaya qarşı mübarizə” mövzusunda jurnalist yazıları müsabiqəsinə təqdim edilir.

Sosial
“28 May” metrostansiyasında eskalatorlardan biri təmirə dayandırılacaq
Təmirlə əlaqədar Bakı Dairəvi Yolunun bir hissəsi bağlanacaq
Əmək bazarı işçi qrupunun növbəti iclası keçirilib