Ombudsman təsisatında 10 illik fəaliyyətin yekunları müzakirə edilib
02 iyul 2012 18:41 (UTC +04:00)
Bakı-APA. Ombudsman Aparatında da Azərbaycan Respublikasının ilk İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) seçilməsinin və təsisatın yaradılmasının 10 illiyi münasibətilə keçirilmiş yığıncaqda fəaliyyət dövründə əldə olunmuş nailiyyətlər, qarşıda duran vəzifələr və perspektivlər müzakirə olunub. Bu barədə APA-ya Ombudsman Aparatından məlumat verilib.
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanova bu təsisatın daim inkişafda olan dinamik bir qurum olduğunu, 10 il ərzində həyata keçirilmiş fəaliyyətin əsas məqsəd və məramının bütünlüklə insan hüquq və azadlıqlarının həyata keçirilməsinə, pozulmuş insan hüquqlarının bərpasına, pozulmasının qarşısının alınmasına, vətəndaş cəmiyyətinin, demokratiya meyarlarına cavab verən dövlətçiliyin daha da möhkəmlənməsinə və buna uyğun insan hüquqları sisteminin inkişaf etdirilməsinə yönəldiyini bildirib. Qeyd olunub ki, adı çəkilən fəaliyyət müddəti insan hüquqlarının müdafiəsi və təbliği ilə bağlı Müvəkkilin həyata keçirdiyi tədbirlər baxımından zəngin olub.
Əsas mandatı insan hüquqlarının, o cümlədən vətəndaş, siyasi, iqtisadi, sosial və mədəni hüquqların müdafiəsindən ibarət olan Ombudsmanın ünvanına fəaliyyət dövrü ərzində 80 mindən çox, cari ilin altı ayı ərzində isə 6 mindən çox ərizə və şikayət daxil olub.
Bu vaxtadək Müvəkkil tərəfindən Konstitusiya Məhkəməsinə ünvanlanmış 24 sorğudan çoxu tam təmin olunub, səkkiz iş üzrə istər nəzəri, istərsə də təcrübi əhəmiyyət kəsb edən genişləndirici şərhləri özündə ehtiva edən qərardadlar qəbul edilmiş, digər sorğular isə icraatdadır.

Sosial
Lerikdə dağ uçqunu olub, bir kəndin yolu bağlanıb - FOTO - YENİLƏNİB
20:07
17 may 2024
FHN-in nümayəndələri INSARAG tədbirlərində iştirak ediblər
18:26
17 may 2024
Azərbaycanda hamiləlik, doğuş və zahılıq dövründə ölən anaların sayı açıqlanıb
18:16
17 may 2024
Buraxılış imtahanında iştirak edən 6 nəfərin nəticəsi ləğv edilib, 16 nəfər ən yüksək nəticəni göstərib
17:03
17 may 2024