Bank Of Baku

Azərbaycan ərazisində temperatur rejimində mühüm dəyişiklik gözlənilmir

Azərbaycan ərazisində temperatur rejimində mühüm dəyişiklik gözlənilmir
# 03 iyul 2012 10:07 (UTC +04:00)
ETSN-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, mülayim şimal-qərb küləyi axşama doğru arabir güclənəcək. Havanın temperaturu gecə 17-20, gündüz 26-30 dərəcə isti olacaq.

Abşeron çimərliklərində dəniz suyunun temperaturunun Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 21-22, Zaqulba, Buzovna, Mərdəkan, Şüvəlanda 21-22, Türkan, Hövsan, Sahil, Şıxda 23-24 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında şimşək çaxacağı, yağış yağacağı proqnozlaşdırılır. Qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 15-20, gündüz 26-31, dağlarda gecə 7-11, gündüz 13-18 dərəcə isti olacaq.

Yaxın 2 gündə gündüz saatlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Temperatur rejimində mühüm dəyişiklik gözlənilmir.

Mülayim şimal küləyi əsəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR