Bank Of Baku

Azərbaycanda folklor materiallarının elektronlaşdırılmasına 2013-cü ilin payızında başlana bilər

Azərbaycanda folklor materiallarının elektronlaşdırılmasına 2013-cü ilin payızında başlana bilər
# 03 iyul 2012 10:12 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Azərbaycanda folklor materiallarının elektronlaşdırılmasına 2013-cü ilin payızında başlana bilər. Bu barədə APA-ya Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Folklor İnstitutunun direktoru Muxtar İmanov bildirib. Onun sözlərinə görə, hazırda ölkədə qeydiyyatda olan nə qədər folklor materialının olması dəqiq bəlli deyil: “Folklor materiallarının tapılması prosesi hər gün davam etdiyindən bu say anbaan dəyişir. Digər tərəfdən də folklor üçün çoxvariantlılıq xasdır, buna görə də bir folklor nümunəsinin bir neçə variantı ola bilər. Azərbaycanın çox zəngin folklor nümunələrini lazımi şəkildə saxlamaq və qorumaq üçün folklor materiallarının elektronlaşdırılmasına böyük ehtiyac var”.

M. İmanov deyib ki, hazırda İnstitutun folklor fondunu yaratmasına və folklor nümunələrinin elektronlaşdırılmasını həyata keçirməsinə yerin azlığı mane olur: “Hazırda akademiyanın bəzi qurumları üçün yeni bina tikilir. Folklor İnstitutunun da həmin binada yerləşdirilməsi gözlənilir. Bundan sonra folklor materiallarının elektronlaşdırılması tam həyata keçiriləcək. Bu, Azərbaycanın milli folklor nümunələrinin erməni oğurluqlarından qorumağa mühüm töhfə olacaq”.

Qeyd edək ki, hazırda Folklor İnstitutunun arxivi cəmi 15 kvadratmetrlik balaca bir yerdə yerləşir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR