Bank Of Baku

“ASAIF” sədrliyinə namizədlər bəlli olub

“ASAIF” sədrliyinə namizədlər bəlli olub
# 15 avqust 2012 12:35 (UTC +04:00)
Bakı-APA. Avqustun 18-də “ASAIF”-in nizamnaməsinə əsasən təşkilatın II Hesabat-Seçki Konfransı keçiriləcək. ASAİF-dən APA-ya verilən məlumata görə, konfrans JW Absheron Hotel Marriott – da 500 nəfər nümayəndə, dövlət rəsmiləri və fəxri qonaqların iştirakı ilə baş tutacaq. Tədbir əsnasında təşkilatın fəaliyyət hesabatı konfrans iştirakçılarına çatdırılacaq, eyni zamanda növbəti müddət üçün təşkilatın sədr və Nəzarət Təftiş Komissiyası üzvləri seçiləcək.

Konfransla bağlı yaradılmış Təşkilat Komitəsi 9 avqustdan etibarən “ASAIF” – in bütün struktur təmsilçilərinin buraxılması haqda qərar qəbul edib.

Eyni zamanda, 9 avqustdan 12 avqust tarixinədək "ASAIF" – in seçkili strukturlarına namizədliyini irəli sürmək istəyən şəxslərin ərizə qəbulu elan edilib.

ASAIF- in sədrliyi üçün 2, Mərkəzi Nəzarət-Təftiş Komissiyası üzvlüyünə isə 7 müraciət olub. Daxil olan müraciətlər Konfransın Təşkilat Komitəsi tərəfindən nəzərdən keçirilmiş və “ASAIF” sədrliyinə Ramin Həkimov və Vüsal Qurbanov, Mərkəzi Nəzarət-Təftiş Komissiyası üzvlüyünə isə Soltan Bayramov, Cavid Hüseynzadə və Turanə İbrahimova namizədliyi qeydə alınıb.

Seçkili strukturlara namizədliyi təsdiqlənmiş şəxslər 15 avqust tarixindən 17 avqust tarixinə qədər təbliğat-təşviqat kampaniyası apara biləcəklər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR