Bank Of Baku

ARDNŞ və Kvemo-Kartli rəhbərliyi arasında əməkdaşlıq haqqında memorandum imzalanıb - FOTO

ARDNŞ və Kvemo-Kartli rəhbərliyi arasında əməkdaşlıq haqqında memorandum imzalanıb - <font color=red>FOTO</font>
# 16 avqust 2012 12:39 (UTC +04:00)
APA-nın Gürcüstan bürosunun məlumatına görə, sənədi ARDNŞ prezidenti Rövnəq Abdullayev və Kvemo-Kartli qubernatoru David Kirkitadze imzalayıblar. D. Kirkitadze Azərbaycan dövlətinə və ARDNŞ rəhbərliyinə Gürcüstanda həyata keçirdikləri layihələr üçün minnətdarlığını bildirib, SOCAR-ın Gürcüstanda ən böyük vergiödəyicisi olduğunu qeyd edib.

D. Kirkitadze memoranduma əsasən, SOCAR-la birlikdə məktəb, yol, uşaq bağçalarının, mədəniyyət mərkəzlərinin yenidən tikilməsinə diqqət ayrılacağını bildirib: “Bütün bunlar imkan verəcək ki, kvemo-Kartli bölgəsində həyat komfortlu olsun. Gürcüstanda SOCAR-ın inkişafı üçün, xüsusilə Kvemo-Kartli bölgəsinin inkişafı üçün böyük işlər görür. Bunun üçün mən Azərbaycan dövlətinə və ARDNŞ-in rəhbərliyinə bölgə əhalisi adından minnətdarlığımı bildirirəm.”

Sonra ARDNŞ prezidenti çıxış edərək Kvemo-Kartli bölgəsi ilə əməkdaşlığın vacib olduğunu bildirib: “Kvemo-Kartli bölgəsi böyük bölgədir. Biz Gürcüstanın digər regionlarında da çalışırıq. Biz memoranduma görə, Kvemo-Kartli bölgə qubernatorluğu ilə birlikdə sosial layihələr həyata keçirməliyik. Burada heç bir bürokratik əngəllər yoxdur. Əməkdaşlarımız bu sahədə daha böyük səylə çalışırlar. Mən bölgədə sosial layihələr həyata keçirilməsində bizə kömək etdiyinə görə bölgə rəhbərliyinə və Gürcüstan dövlətinə minnətdarlığımı bildirirəm”.

Tədbirdə Gürcüstan Energetika və Təbii Ehtiyatlar Nazirinin müavini Hüseyn Yusubov, Azərbaycanın Gürcüstandakı səfiri Azər Hüseyn, “SOCAR-Gürcüstan”ın rəhbəri Mahir Məmmədov və digər rəsmi şəxslər iştirak edib.
ARDNŞ-in prezidenti jurnalistlərə açıqlamasında SOCAR-ın Azərbaycan şirkəti olaraq Gürcüstanda böyük enerji layihələri həyata keçirdiyini deyib: “Bu şirkət Azərbaycanda və digər ölkələrdə də kommersiya və sosial layihələr həyata keçirir. Biz eyni zamanda azərbaycanlıların kompakt yaşadığı bölgələrdə sosial layihələr həyata keçiririk. SOCAR bu bölgədə daha fəal çalışır. Memorandumun imzalanması bizə daha böyük imkanlar verəcək ki, şirkət regionun sosial həyatında daha aktiv iştirak etsin və biz soydaşlarımızın kompakt yaşadığı bölgələrdə sosial layihələrin tikintisini daha da artıra biləcəyik”.

Rövnəq Abdullayev Gürcüstanın biznes bazarında neft məhsullarının və təbii qazın satış mövqeyinə münasibət bildirib: “Biz təbii qaz satışında Gürcüstan bazarının 80 faizini tuturuq. Biznesimizin inkişafı normal gedir, müxtəlif layihələr həyata keçiririk. Bütün bunlarla bərabər bizə sosial layihələr həyata keçirmək lazımdır ki, soydaşlarımızın yaşadığı kəndlər daha da abad olsun”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR