Bank Of Baku

Bakıda qeyri-qanuni su xətləri aşkar edilib

Bakıda qeyri-qanuni su xətləri aşkar edilib
# 16 avqust 2012 15:15 (UTC +04:00)
Bakı. Əli Əhmədov – APA-Economics. «Azərsu» ASC içməli suyun dəqiq uçotunun aparılması və sudan qeyri-qanuni istifadə hallarının aradan qaldırılması istiqamətində nəzarət tədbirlərini davam etdirir. «Azərsu»nun mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsindən «APA-Economics»ə verilən məlumata görə, Bakı şəhəri Qaradağ rayonu Sahil qəsəbəsində həyata keçirilən nəzarət tədbirləri nəticəsində içməli sudan qeyri-qanuni istifadə halları aşkarlanıb.

«Sahil qəsəbəsi M.Seyidov küçəsində yerləşən «Alov» Assosiasiyasına məxsus alkoqollu içkilər istehsal edən müəssisinin su təchizatı sisteminə baxış keçirilərkən məlum olub ki, obyekt qeyri-qanuni çəkilmiş 65 mm diametrli su xəttindən qidalanır. Müəssisəyə içməli su xammal tarifləri ilə (1 kubmetri 12 manat) satılsa da su təchizatı sayğacdankənar aparılmış və sərfiyyat qeydə alınmayıb», - deyə məlumatda bildirilir.

Bununla yanaşı, Sahil qəsəbəsində fəaliyyət göstərən daha iki obyektdə - fiziki şəxslər Nadir Qubadova məxsus şadlıq evində və Zöhrab Kərimova aid kafedə içməli sudan qeyri-qanuni istifadə halları aşkarlanıb. Hər 3 obyektdə qeyri-qanuni çəkilmiş su xətləri ləğv edilib və faktlar aktlaşdırılıb.

Qeyd edək ki, sudan qeyri-qanuni istifadə edilməsinə görə «Azərsu» ASC-yə dəymiş zərər qiymətləndirildikdən sonra «Alov» Assosiasiyasına və fiziki şəxslərə qarşı cərimə tətbiq olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR