Bank Of Baku

Azərbaycanda ali təhsil müəssisələrinə qəbul olunan abituriyentlərdən 35834 nəfəri ixtisas seçimini edib

Azərbaycanda ali təhsil müəssisələrinə qəbul olunan abituriyentlərdən 35834  nəfəri ixtisas seçimini edib
# 16 avqust 2012 16:04 (UTC +04:00)
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Onlardan 31177-si Azərbaycan, 4657-si rus bölməsi üzrədir. I qrup üzrə 10847, II qrup üzrə 11546, III qrup üzrə 9691, IV qrup üzrə 3750 nəfər ixtisas seçimini edib.

İxtisas seçimi 17 avqust saat 00:00-da başa çatacaq. Göstərilən vaxta qədər ixtisas seçiminə buraxılmış bütün abituriyentlər ixtisas seçimi etməli və “Abituriyentin elektron ixtisas seçimi ərizəsi”ni təsdiqləməlidirlər. Ərizələrini təsdiqləməyən abituriyentlər müsabiqədə iştirak etmək hüququnu itirirlər.

İxtisas seçimi mərhələsində abituriyentlər qəbul olmaq istədikləri ixtisasları seçib onların kodlarını “Abituriyentin elektron ixtisas seçimi ərizəsi”nə daxil etməlidirlər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR