Bank Of Baku

Azərbaycanda ali məktəblərə keçirilmiş qəbul imtahanlarının nəticələrinə əsasən 35 893 abituriyent ixtisas seçimi ərizəsini təsdiq edib

Azərbaycanda ali məktəblərə keçirilmiş qəbul imtahanlarının nəticələrinə əsasən 35 893 abituriyent ixtisas seçimi ərizəsini təsdiq edib
# 17 avqust 2012 07:30 (UTC +04:00)
Bakı. Sevil Zeynalqızı-APA. 2012-2013-cü tədris ili üçün Azərbaycanın ali məktəblərinə keçirilmiş qəbul imtahanlarının nəticələrinə əsasən müsabiqə şərtlərini ödəyərək ixtisas seçiminə buraxılan 38 minə yaxın abituriyentdən 35 893-ü ixtisas seçimi ərizəsini təsdiq edib. Bu barədə APA-ya Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) mətbuat xidmətinin rəhbəri Elnur Nağızadə bildirib. Onun sözlərinə görə, abituriyentlərdən 2000-dən çoxu ixtisas seçimi etməyib.

E.Nağızadə deyib ki, ixtisas seçimi avqustun 16-da saat 23:59-da başa çatıb. Həmin vaxtadək ixtisas seçiminə buraxılmış bütün abituriyentlər ixtisas seçimi etməli və mütləq "Abituriyentin elektron ixtisas seçimi ərizəsi"ni təsdiqləməli idilər. Ərizələrini təsdiqləməyən abituriyentlər müsabiqədə iştirak etmək hüququnu itiriblər.

İxtisas seçiminin nəticələri yaxın 2 gün ərzində açıqlanacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR