Bank Of Baku

Azərbaycanın bəzi rayonlarda yağış yağacaq, arabir güclənən külək əsəcək

Azərbaycanın bəzi rayonlarda yağış yağacaq, arabir güclənən külək əsəcək
# 17 avqust 2012 08:46 (UTC +04:00)
Arabir güclənən şimal-qərb küləyi əsəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən məlumata görə, havanın temperaturunun gecə 21-25, gündüz 29-34 isti olacağı gözlənilir.

Abşeronun çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 25-26, Buzovna, Mərdəkan, Şüvəlanda 26-27, Türkan, Hövsan, Şıx, Sahildə 28-29 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında avqustun 18-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin axşam bəzi dağlıq rayonlarda şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Arabir güclənən qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 20-25, gündüz 32-37, dağlarda gecə 12-17, gündüz 24-29 dərəcə isti olacaq.

Avqustun 18-də Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, şimal-qərb küləyinin arabir güclənəcəyi gözlənilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR