Bank Of Baku

Nazir müavini: “Boloniya prosesi çərçivəsində tələb olunan komponentlərin icrasını təmin etməliyik”

Nazir müavini: “Boloniya prosesi çərçivəsində tələb olunan komponentlərin icrasını təmin etməliyik”
# 17 avqust 2012 10:04 (UTC +04:00)
Bakı. Sevil Zeynalqızı-APA. “Ali təhsildə keyfiyyətin təmin olunmasını istəyiriksə, bilavasitə Boloniya prosesi çərçivəsində tələb olunan komponentlərin icrasını təmin etməliyik”. APA-nın məlumatına görə, bunu təhsil nazirinin müavini Qulu Novruzov YAP-ın saytına müsahibəsində deyib.

Nazir müavini bildirib ki, Boloniya prosesinin əsas prinsiplərinin yerinə yetirilməsi ilə bağlı Təhsil Nazirliyi tərəfindən yeni standartlar hazırlanıb və bu standartlar ali məktəblərdə tətbiq olunur. Onun sözlərinə görə, 2005-ci ildən etibarən Azərbaycanda bu istiqamətdə islahatlar aparılır: “Əvvəllər tələbə yalnız 4 il təhsil almağı bir qayda kimi qəbul edirdisə, indi bu qədər təhsil almasına baxmayaraq bəziləri məzun ola bilmirlər. Bu o deməkdir ki, artıq tələb olunan akademik kreditləri tələbələr mənimsəyə bilmirsə, onlara 4 ildən sonra da tələb olunan kreditləri tamamlamaq üçün əlavə vaxt lazım olur”.

Q.Novruzov qeyd edib ki, Boloniya prosesinin məqsədi və mahiyyəti vahid Avropa təhsil məkanının yaradılmasıdır: “Vahid təhsil məkanı dedikdə, bu bilavasitə həm təhsilin məzmunu, həm də keyfiyyət faktoru baxımından eyni standartlara cavab verən ali təhsilə nail olmaqdır. Bununla belə, Boloniya prosesi ali təhsilin məzmununun unifikasiyası demək deyil. Bu proses ali təhsildə milli ənənələrin qorunması şərtilə yüksək ali təhsil səviyyəsinin verilməsidir”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR