Bank Of Baku

Azərbaycan çaylarında suyun səviyyəsi azalıb

Azərbaycan çaylarında suyun səviyyəsi azalıb
# 17 avqust 2012 11:51 (UTC +04:00)
Bakı. Sevil Zeynalqızı - APA. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti Azərbaycanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyəti açıqlayıb. APA-nın nazirliyin saytına istinadən verdiyi məlumata görə, hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 65-105, Kiçik Qafqazın çaylarında 110-140, Lənkəran-Astara bölgəsi çaylarında 50-110, Naxçıvan MR çaylarında isə 100-105 faizini təşkil edir.

Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 3 santimetr azalma qeydə alınıb. Hazırda məntəqədə su sərfi 77 kubmetr/saniyə, ongünlük normanın 57 faizini təşkil edir. Avqustun 13-dən başlayaraq Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 9 santimetr azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 48 kubmetr/saniyə olmaqla, ongünlük normanın 71 faizini təşkil edir.

Kür çayının aşağı axınında da suyun səviyyəsində azalma müşahidə olunub. Çayın Surra məntəqəsində 1, Şirvanda və Araz çayının Novruzlu məntəqəsində 4 santimetr azalma, Bankədə isə 1 santimetr artım qeydə alınıb. Salyanda suyun səviyyəsində dəyişiklik baş verməyib. Hazırda Surra məntəqəsində suyun səviyyəsi 333, Şirvanda 192, Salyanda 158, Bankədə 215, Araz çayının Novruzlu məntəqəsində isə 91 santimetr təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR