Bank Of Baku

Azərbaycan səfiri Tacikistanın nəqliyyat naziri ilə görüşüb

Azərbaycan səfiri Tacikistanın nəqliyyat naziri ilə görüşüb
# 17 avqust 2012 15:56 (UTC +04:00)
Bakı. Şəhriyar Əlizadə - APA. Azərbaycanın Tacikistandakı səfiri Abbasəli Həsənov Tacikistanın nəqliyyat naziri Nizom Hakimovla görüşüb. Səfirlikdən APA-ya verilən məlumata görə, görüşdə Tacikistan prezidenti Emoməli Rəhmanın cari ilin 12-13 iyul tarixlərində Azərbaycana rəsmi səfərinin uğurla keçdiyi vurğulanıb. A. Həsənov bildirib ki, hazırda Bakı –Axalkalaki – Qars dəmiryolunda intensiv tikinti işləri gedir: “Azərbaycanın maliyyə hesabına tikilən layihə bu ilin sonunda başa çatdırılacaq. Həmçinin hazırda Tacikistan – Qırğızıstan – Çin dəmiryolunun birləşməsi üzrə də iş aparılır. Bu layihəmin həyata keçirilməsindən sonra Çin – Qafqaz – Avropa dəhlizi yaranır ki, adiyyatı olan bütün ölkələrin iqtisadi inkişafına töhfə verəcək. Bu baxımdan dövlət başçıları tərəfindən razılaşdırılmış məsələlərin həyata keçirilməsi məqsədi ilə müvafiq tədbirlərin görülməsi vacibdir”.

A. Həsənov qeyd edib ki, Gəncə Alüminium Zavodu və Tacikistan Alüminium Zavodunun qarşılıqlı əməkdaşlığının daha da səmərəli olması üçün nəqliyyat sahəsində əməkdaşlığı da genişləndirməyə böyük ehtiyac var. N. Hokimov isə yaxın zamanlarda danışıqlar aparmaq üçün geniş tərkibli səlahiyyətli nümayəndə heyətinin Bakıya ezam olunacağın bildirib. A. Həsənov bütün sahələrdə əlaqələrimizi inkişaf etdirmək və ticarət dövriyyəsini artırmaq üçün birbaşa reysin fəaliyyət göstərməli olduğunun vacibliyini söyləyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR