Bank Of Baku

ARDNŞ Ramazan bayramı münasibətilə qaçqın və məcburi köçkünlərə yardım edib

ARDNŞ Ramazan bayramı münasibətilə qaçqın və məcburi köçkünlərə yardım edib
# 18 avqust 2012 08:42 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) tərəfindən Ramazan bayramı münasibəti ilə 30 minə yaxın qaçqın və məcburi köçkünlərə növbəti yardımlar edilib.

ARDNŞ-dan «APA-Economics»ə verilən məlumat görə, şirkət himayəsinə götürdüyü Ağdam rayonu «Dördyol 1,2», «Təzəkənd» qəsəbələrində və Dördyol-Mamırlı ərazisində sığınacaq tapmış 10522 nəfər, Füzuli rayonunun Əhmədalılar, Mirzənağılı və Qazaxlar kəndlərində məskunlaşmış 4000 nəfər, Sumqayıt şəhərində məskunlaşmış 1700 nəfər, Tərtər rayonunda müvəqqəti yaşayışla təmin olunmuş 13000 nəfər qaçqın və məcburi köçkünə ümumi çəkisi 236,7 tona yaxın ərzaq yardımı aparıb. Bayram sovqatında düyü, şəkər tozu, çay, un, yağ və digər zəruri ərzaq məhsulları olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR