Bank Of Baku

Azərbaycanda müəllimlərin işə qəbulu ilə bağlı boş qalan və imtina olunan yerlərin seçiminə başlanılıb

Azərbaycanda müəllimlərin işə qəbulu ilə bağlı boş qalan və imtina olunan yerlərin seçiminə başlanılıb
# 20 avqust 2012 08:16 (UTC +04:00)
Nazirlikdən APA-ya verilən məlumata görə, müsabiqədə iştirak edərək heç bir yerə qəbul olunmayan və ya qəbul olunduğu yerdən imtina edən iştirakçılar avqustun 19-dan 24-dək “Şəxsi səhifə”lərinə daxil olmaqla, ən çoxu 4 yer seçə bilərlər.

Həmin müddət ərzində iştirakçılara seçimlərini dəyişmək imkanı da verilir. Seçim etmək imkanı avqustun 24-də saat 18.00-da başa çatacaq və yerləşdirmə aparılacaq.

Yerləşdirmənin nəticələri dərhal bu mərhələdə iştirak edənlərin “Şəxsi səhifə”lərinə göndəriləcək. İşə qəbul olunanlar, imtahan nəticələri ləğv edilənlər və müəyyənləşdirilmiş keçid balını toplamayanlar bu mərhələdə iştirak edə bilməzlər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR