Bank Of Baku

Azərbaycan çaylarında və transsərhəd çaylarda mövcud vəziyyət açıqlanıb

Azərbaycan çaylarında və transsərhəd çaylarda mövcud vəziyyət açıqlanıb
# 31 avqust 2012 09:52 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Lənkəran-Astara bölgəsinə yağan yağışlar nəticəsində Lənkərançayın Lənkəran ərazisində səviyyəsi 9 sm, Sifidorda 4 sm, Vəşərüçayın səviyyəsi Daştatükdə 26 sm artıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən məlumata görə, hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 60-130, Kiçik Qafqazın çaylarında 50-130, Lənkəran-Astara bölgəsi çaylarında 160-260, Naxçıvan Muxtar Respublikası çaylarında isə 125-130 faizini təşkil edir.

Avqustun 31-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 14 sm azalma qeydə alınıb. Hazırda məntəqədə su sərfi 62 m3/s, ongünlük normanın 51 faizini təşkil edir. 2011-ci ildə isə bu rəqəm bir qədər çox olmaqla 130 m3/s və ongünlük normanın 107 faizi qədərdir.

Avqustun 27-dən başlayaraq Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 14 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 60 m3/s olmaqla, ongünlük normanın 87 faizini təşkil edir. 2011-ci ildə bu göstərici bu il ilə müqayisədə dörd dəfə çox olmaqla 249 m3/s təşkil edib və ongünlük normanın 363 faizinə bərabər olub.

Avqustun 31-də Kür çayının aşağı axınında suyun səviyyəsində azalma müşahidə olunub. Belə ki, Kür çayının Surra məntəqəsində 4 sm, Şirvanda 7 sm azalma, Salyanda 8 sm, Bankədə 20 sm artım qeydə alınıb. Araz çayının Novruzlu məntəqəsində suyun səviyyəsində dəyişiklik baş verməyib. Hazırda Surra məntəqəsində suyun səviyyəsi 329 sm, Şirvanda 195 sm, Salyanda 148 sm, Bankədə 241 sm, Araz çayının Novruzlu məntəqəsində isə 117 sm təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR