Bank Of Baku

Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcmasında Litvadan olan gənclərlə görüş keçirilib - FOTOSESSİYA

Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcmasında Litvadan olan gənclərlə görüş keçirilib - <font color=red>FOTOSESSİYA</font>
# 31 avqust 2012 13:46 (UTC +04:00)
Bakı-APA. Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması, istər ölkə daxilində, istərsə də respublikadan kənarda beynəlxalq qurumlarla əlaqələrini genişləndirərək, Qarabağ həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırmaq məqsədilə Ermənistanın Azərbaycana təcavüzünün nəticələri haqqında beynəlxalq qurumların nümayəndələri, Azərbaycanda fəaliyyət göstərən xarici ölkələrin səfirlikləri, eləcə də KİV nümayəndələri ilə müntəzəm olaraq görüşlər keçirir. Qurumdan APA-ya verilən məlumata görə, bu gün icma üzvlərinin ın Litvanın gənclər təşkilatlarının liderləri və media nümayəndələri ilə görüşü keçirilib. “Azərbaycan-Litva Gənclərinin Yay Düşərgəsi” çərçivəsində keçirilən görüşdə Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcmasının Əlaqələndirmə Şurasının sədri Orxan Əkbərov Ermənistan-Azərbaycan münaqişəsinin tarixi kökləri, Ermənistanın etnik təmizləmə və soyqırımı siyasəti, probleminin dinc vasitələrlə nizama salınması prosesində Azərbaycan dövlətinin mövqeyi, münaqişənin beynəlxalq-hüquqi aspektləri və s. məsələləri Litvalı qonaqların diqqətinə çatdırıb.
Görüşdə Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcmasının Analitik şöbənin müdiri Elçin Əhmədov, Beynəlxalq Əlaqələr şöbəsinin beynəlxalq qurumlarla iş üzrə eksperti Aynur Fərmanova iştirak ediblər.
Görüşdə, həmçinin Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcmasının Litvanın müxtəlif media qurumları və müvafiq orqanları ilə əməkdaşlıq perspektivləri müzakirə olunub.

Görüşdə Litva Sosial Demokratlar Gənclər Təşkilatının sədri Yuras Pozelas, Yonava şəhərinin meri Mindaugas Sinkevicius, şəhər şurasının üzvü Darius Sucavius, eləcə də “Elta” və “Mamac” agentliklərinin müxbirləri iştirak ediblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR