Bank Of Baku

Misirli Tələbələr Azərbaycan Diplomatik Akademiyasında olublar - FOTO

Misirli Tələbələr Azərbaycan Diplomatik Akademiyasında olublar - <font color=red>FOTO</font>
# 31 avqust 2012 13:57 (UTC +04:00)
Bakı – APA. Misirin Ain-Şəms Universitetinin Ədəbiyyat və dil departamentində Azərbaycan dilini öyrənən tələbələr Azərbaycan Diplomatik Akademiyasına baş çəkiblər. ADA-dan APA-ya verilən məlumata görə, tələbələr Azərbaycana Beynəlxalq Gənclər Kooperasiyası proqramı çərçivəsində səfər ediblər.

Tədbiri giriş sözü ilə açan ADA-nın prorektoru Fariz İsmayılzadə qonaqlara ADA-dakı akademik proqramlar, ADA-nın yeni kampusu və Dədə Qorqud parkı haqqında ətraflı məlumat verib. Daha sonra ADA-nın ixtisasartırma kurslarının direktoru Aygün Haciyeva ADA-dakı ixtisasartırma proqramları və keçən 5 ildə əldə edilmiş nailiyyətlərdən danışıb.

Təqdimatlardan sonra tələbələr ADA-nın yeni kampusu və Dədə Qorqud parkı haqqında qısa film seyr ediblər. Tədbirin sonunda ADA-nın nümayəndələri misirli tələbələrin suallarını cavablandırıblar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR