Avrozonada işsizlərin sayı hər ay rekord səviyyəyə çatır
31 avqust 2012 15:52 (UTC +04:00)
Bakı – APA-Economics. Bu ilin iyul ayında avrozonada işsizlərin sayı 88 min nəfər artaraq 18 mln. nəfəri ötüb ki, bu da işsizlik səviyyəsinin 11,3% olduğunu göstərir.
“APA-Economics”in “Eurostat”a istinadən xəbərinə görə, bir il əvvəl bu göstərici 10,1% olub.
Müşahidələrin aparıldığı 1995-ci ildən bəri bu, avrozonada ən yüksək göstərici sayılır. Bundan əvvəlki rekord bu ilin iyun ayında müəyyənləşib - 11,2%.
Avrozonaya daxil olan 17 ölkə arasında ən yüksək işsizlik səviyyəsi İspaniya (25,1%) və Yunanıstanda (23,1%), ən aşağı göstərici isə Avstriya (4,5%), Niderland (5,3%), Almaniya və Lüksemburqda (5,5%) qeydə alınıb.
İyul ayında Avropa Birliyinə daxil olan 27 ölkədə işsizlərin sayı 25,254 mln. nəfərə çatıb ki, bu da 10,4% göstərici deməkdir. Bir il əvvəl bu göstərici 9,6% olub.