Bank Of Baku

Azərbaycanın xüsusi qayğıya ehtiyacı olan uşaqları Tiflisə göndərilib

Azərbaycanın xüsusi qayğıya ehtiyacı olan uşaqları Tiflisə  göndərilib
# 01 sentyabr 2012 13:31 (UTC +04:00)
Tiflis. Nizami Məmmədzadə-APA. Azərbaycandan Gürcüstan paytaxtına xüsusi qayğıya ehtiyacı olan 16 nəfər uşaqlar gəlib. APA-nın Gürcüstan bürosunun məlumatına görə, tədbir Heydər Əliyev Fondunun prezidenti, Azərbaycanın birinci xanımı Mehriban Əliyeva və Gürcüstanın birinci xanımı Sandro Rudolfsun təşəbbüsü ilə həyata keçirilir.

Bakının Nizami rayonunun 1 nömrəli uşaq evinin müəllimi Rövşən Məmmədov jurnalistlərə açıqlamasında bildirib ki, azərbaycanlı uşaqlar 10 gün ərzində Gürcüstanın gəzməli, görməli yerlərində olacaq, tarixi yerlərə baş çəkəcək, Tiflisdəki muzeylərə baxacaq, gürcü uşaqları ilə birgə təşkil olunan müxtəlif tədbirlərə qatılacaqlar.

Qeyd edək ki, ötən il belə bir tədbir keçirilib. Analoji tədbir Azərbaycanda da keçiriləcək və yaxın aylarda Gürcüstandan Azərbaycana 16 nəfər xüsusi qayğı tələb edən gürcü uşaqları səfər edəcəklər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR