Bank Of Baku

Azərbaycanda miqrasiya orqanlarına keçirilən test imtahanının nəticələri açıqlanıb

Azərbaycanda miqrasiya orqanlarına keçirilən test imtahanının nəticələri açıqlanıb
# 03 sentyabr 2012 07:21 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Azərbaycanda miqrasiya orqanlarına qulluğa qəbul olunmaq istəyən namizədlər üçün keçirilən test imtahanının nəticələri açıqlanıb.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) mətbuat xidmətindən APA-ya verilən məlumata görə, imtahanın nəticələri TQDK-nın rəsmi internet saytında yerləşdirilib.

İmtahanda iştirak etmək üçün namizədliyi qeydə alınan 392 nəfərdən 54-ü imtahan gəlməyib. 50 nəfər isə 70 və daha artıq bal toplayaraq növbəti mərhələyə buraxılıb.

Qeyd edək ki, miqrasiya orqanlarına qulluğa qəbulla bağlı test imtahanı dünən keçirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR