Bank Of Baku

Qaradağ rayonunda baş verən qəza nəticəsində Kliniki Tibbi Mərkəzə yerləşdirilən 6 nəfərin vəziyyəti ağır-stabil olaraq qalır

Qaradağ rayonunda baş verən qəza nəticəsində Kliniki Tibbi Mərkəzə yerləşdirilən 6 nəfərin vəziyyəti ağır-stabil olaraq qalır
# 03 sentyabr 2012 07:40 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Bakının Qaradağ rayonunda baş verən dəhşətli yol qəzası nəticəsində yaralanaraq Kliniki Tibbi Mərkəzə yerləşdirilən 6 nəfərin vəziyyəti ağır-stabil olaraq qalır. Bunu APA-ya açıqlamasında Mərkəzin baş həkimi Tərlan Bəbirov deyib. Onun sözlərinə görə, həmin yaralılar hələ də reanimasiyayadırlar. Ümumilkdə hazırda xəstəxanada 19 xəstə qalıb.

Qeyd edək ki, avqustun 11-də Qaradağ rayonu ərazisində Ağstafa-Bakı marşrutu ilə hərəkət edən 97/98 saylı sərnişin qatarı Puta stansiyasını keçərək Puta-Heybət mənzilinin 513-cü kilometrliyində yerləşən, qorunan dəmir yolu keçidində sürətlə hərəkətdə olan zaman, keçidi keçməyə cəhd göstərən "DAEWOO" markalı 124 №-li sərnişin avtobusu ilə toqquşub. Hadisə nəticəsində ümumilkdə 54 nəfər xəsarət alıb, 6 nəfər ölüb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR