Bank Of Baku

Azərbaycanda ilan sancmalarının çoxaldığı rayonların adları açıqlanıb

Azərbaycanda ilan sancmalarının çoxaldığı rayonların adları açıqlanıb
# 03 sentyabr 2012 12:55 (UTC +04:00)
Toksikologiya şöbəsinin müdiri Azər Maqsudovun APA-ya verdiyi məlumata görə, bu ilin aprelindən indiyədək Kliniki Tibbi Mərkəzə ilan sancması ilə bağlı 130-a qədər müraciət daxil olub. Onlardan 90-nı xəstəxanaya yerləşdirilib, digərlərinə isə tibbi yardım göstərildikdən sonra evə buraxılıb. Müraciətlər əsasən Siyəzən, Hacıqabul, Bərdə, Yevlax, Qəbələ, Qax, Bakının Maştağa, Buzovna, Zirə, Qobu, Qaradağ rayonlarından edilib. Əhmədli və yeni Günəşlidə olan fərdi evlərdə də ilan vurma hallarına rast gəlinir.

Şöbə müdiri deyib ki, bu ilin yanvarında Səhiyyə Nazirliyinə ölkəyə ilan zəhəri əleyhinə zərdabların gətirilməsi üçün müraciət edilib və problem qısa zaman ərzində həllini tapıb.

İl ərzində əqrəb sancmaları ilə bağlı müraciətlərin sayı da artıb: “Bu il Kliniki Tibbi Mərkəzə əqrəb sancmaları ilə bağlı 48 müraciət daxil olub. Onlardan 30-u xəstəxanaya yerləşdirilib. Bu günə qədər qaraqurd hörümçəyi sancması ilə əlaqədar Mərkəzə 12 müraciət daxil olub. Bu həşərat əsasən Bakı kəndlərində, meyvə-tərəvəzin yetişdirildiyi ərazilərdə olur”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR