Bank Of Baku

“Qarabağ dərsləri” kitabının təqdimatı keçirilib

“Qarabağ dərsləri” kitabının təqdimatı keçirilib
# 03 sentyabr 2012 14:35 (UTC +04:00)
Bakı-APA. Bu gün “İnam” Plüralizm Mərkəzi “Qarabağ dərsləri” kitabının təqdimatını keçirib. Mərkəzdən APA-ya verilən məlumata görə, Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyi ilə ərsəyə gələn kitab eyni adlı layihənin tərkib hissəsidir. Bu barədə məlumat verən kitabın redaktoru, “İnam” Plüralizm Mərkəzinin direktoru İlahə Rafaelqızı bildirib ki, kitabda qaçqın şagirdlərin müsabiqə nəticəsində qalib gəlmiş 12 yazısı və 6 jurnalistin Qarabağla bağlı xatirə-məqaləsi yer alıb. Qeyd olunub ki, 5 qaçqın məktəbində “Qarabağ mənim xəyallarımda” yazı müsabiqəsi elan olunub. 100-dən çox şagirdin iştirak etdiyi müsabiqədə 12 yazı münsiflər heyəti tərəfindən seçilib. Bu yazılar əvvəlcə “Təzadlar” qəzetində, daha sonra isə bu kitabda toplanıb.

Layihənin ikinci mərhələsində isə Qarabağ mövzusunda yazan jurnalistlərə yazı sifariş olunub, onların Qarabağla bağlı xatirələri də kitabda yer alıb.

Sonda İ. Rafaelqızı layihənin həyata keçməsində göstərdikləri köməyə görə “Təzadlar” qəzetinə və MHS Poliqrafiyaya öz təşəkkürünü bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR