Azərbaycanda ümumi orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə keçirilən qəbul imtahanlarından 56 nəfər xaric olunub
03 sentyabr 2012 14:54 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. İlkin məlumata görə, Azərbaycanda ümumi orta təhsil bazasında (9 illik) orta ixtisas təhsili müəssisələrinə keçirilən qəbul imtahanlarından 56 nəfər xaric olunub. Bunu APA-ya açıqlamasında Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) mətbuat katibi Elnur Nağızadə deyib. Onun sözlərinə görə, həmin şəxslər köçürmək istədiklərinə və köçürməyə şərait yaratdıqlarına görə imtahandan xaric ediliblər və onların imtahan nəticələri ləğv edilib. 9 illik bazadan orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarının nəticələrinin sabah açıqlanması nəzərdə tutulur.
Qeyd edək ki, 9 illik bazadan orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanı dünən Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Mingəçevir, Şəki, Ağcabədi, Göyçay, Şirvan, Salyan, Lənkəran və Xaçmaz şəhərlərində keçirilib. Qəbul imtahanında iştirak etmək üçün 35677 abituriyent ərizə təqdim edib.
Bu il üçün 9 illik (ümumi) orta təhsil bazasında 662 ixtisas kodu üzrə 47 orta ixtisas təhsili müəssisəsinə qəbul aparılır. Ayrılmış 10404 plan yerindən 8821-i Azərbaycan bölməsinə, 32 yer rus bölməsinə, 1551 yer birgə müsabiqə aparılan ixtisaslara aiddir.

Sosial
Lerikdə dağ uçqunu olub, bir kəndin yolu bağlanıb - FOTO - YENİLƏNİB
20:07
17 may 2024
FHN-in nümayəndələri INSARAG tədbirlərində iştirak ediblər
18:26
17 may 2024
Azərbaycanda hamiləlik, doğuş və zahılıq dövründə ölən anaların sayı açıqlanıb
18:16
17 may 2024
Buraxılış imtahanında iştirak edən 6 nəfərin nəticəsi ləğv edilib, 16 nəfər ən yüksək nəticəni göstərib
17:03
17 may 2024