Bank Of Baku

Azərbaycanda 9 illik təhsil bazasından orta ixtisas təhsili müəssisələrinə 10215 nəfər qəbul olunub

Azərbaycanda 9 illik təhsil bazasından orta ixtisas təhsili müəssisələrinə 10215 nəfər qəbul olunub
# 04 sentyabr 2012 11:44 (UTC +04:00)
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, cari tədris ili üçün ümumi orta təhsil bazasında ayrılmış 10404 plan yerinə 35682 abituriyent sənəd verib. Onlardan 34415 nəfəri imtahanda iştirak edib, 1192 abituriyent imtahana gəlməyib.

Abituriyentlərdən 55 nəfəri imtahan qaydalarına zidd hərəkətlərə yol verdiklərinə görə, imtahandan xaric olunub və nəticələri ləğv olunub.
Cavab kartlarının emalı zamanı xüsusi kompyuter proqramları vasitəsilə aparılan araşdırmalar nəticəsində imtahanda 20 nəfərin köçürməyə yol verdikləri aşkar edilib, qəbul qaydalarına uyğun olaraq həmin abituriyentlərin nəticələri ləğv olunub.

Qəbul olanlar sentyabrın 5-dən 14-dək (şənbə və bazar günləri istisna olmaqla) sənədlərini daxil olduqları təhsil müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər. Müəyyən olunmuş müddətdə qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilməsindən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri orta ixtisas məktəbinə göndərilməyəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR