Bank Of Baku

Azərbaycan ərazisində güclü şimal küləyi əsəcək, bəzi yerlərdə yağış yağacaq

Azərbaycan ərazisində güclü şimal küləyi əsəcək, bəzi yerlərdə yağış yağacaq
# 05 sentyabr 2012 09:41 (UTC +04:00)
Səhər yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı ehtimalı var. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən məlumata görə, şimal-qərb küləyinin güclənəcəyi, axşam isə mülayimləşəcəyi gözlənilir. Havanın temperaturu gecə 17-21, gündüz 24-26 dərəcə isti olacağı gözlənilir.

Abşeronun çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 22-23, Buzovna, Mərdəkan, Şüvəlanda 23-24, Türkan, Hövsan, Şıx, Sahildə 24-25 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında sentyabrın 6-da hava şəraitinin əsasən gecə və səhər dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı, qısamüddətli yağış yağacağı, səhər dağlıq ərazilərdə duman olacağı gözlənilir. Qərb küləyi əsəcək, arabir güclənəcək.

Havanın temperaturu gecə 15-20, gündüz 23-28, dağlarda gecə 6-11, gündüz 14-19 dərəcə isti olacaq.

Sentyabrın 6-da hava şəraitinin qısamüddətə dəyişiləcəyi, havanın arabir tutulacağı, şimal küləyinin güclənəcəyi gözlənilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR