Bank Of Baku

Azərbaycan və Türkiyə arasında əmək və sosial müdafiə sahəsində yaradılmış İşçi Qrupun ikinci iclası keçirilib - FOTO

Azərbaycan və Türkiyə arasında əmək və sosial müdafiə sahəsində yaradılmış İşçi Qrupun ikinci iclası keçirilib - <font color=red>FOTO</font>
# 05 sentyabr 2012 10:59 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA-Economics. Azərbaycan və Türkiyə arasında əmək və sosial müdafiə sahəsində əməkdaşlıq üzrə Birgə daimi Komissiyanın 7-ci iclasının protokolu çərçivəsində yaradılan İşçi Qrupun ikinci iclası keçirilib.

APA-Economics”in məlumatına görə, Azərbaycan əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Natiq Məmmədovun və Türkiyə əmək və sosial müdafiə nazirinin müavini Namiq Atanın rəhbərliyi ilə keçirilən iclasda bu ilin iyulun 12-də iki ölkənin nazirlikləri arasında əmək, sosial müdafiə, məşğulluq, miqrasiya, əməyin mühafizəsi və təhlükəsizliyi məsələlərinin həllində birgə fəaliyyətin təşkili məsələləri müzakirə olunub.

Natiq Məmmədov bildirib ki, İşçi Qrup iki ölkənin nazirlikləri arasında yeni sazişin imzalanması istiqamətində işlər həyata keçirəcək: “1997-ci ildə Azərbaycan və Türkiyə arasında əmək və sosial müdafiə sahəsində saziş imzalananda pensiya təminatı, miqrasiya məsələsi nazirliyin tabeliyində idi. Artıq bu sahələr sərbəst dövlət qurumlarının tabeliyindədir. Son 15 il ərzində hər iki nazirlikdə müəyyən struktur dəyişiklikləri aparılıb. Ona görə də yeni sazişim imzalanması zəruridir”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR