Bank Of Baku

Azərbaycanda tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olan şəxslərin qeydiyyat müddəti uzadılıb

Azərbaycanda tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olan şəxslərin qeydiyyat müddəti uzadılıb
# 05 sentyabr 2012 11:32 (UTC +04:00)
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olanların qeydiyyat müddəti sentyabrın 7-si saat 17.00-dək uzadılıb. Göstərilən müddətədək qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilməsindən imtina etməsi kimi qiymətləndiriləcək.

Qeyd edək ki, tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə daxil olan şəxslərin qeydiyyatı avqustun 27-dən başlayıb və bu gün saat 17.00-da başa çatmalı idi. Bu il tam orta təhsil bazasında orta ixtisas təhsili müəssislərinin 8727 plan yerinə 8527 nəfər qəbul olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR