Bank Of Baku

Azərbaycan prezidenti paytaxtda iki məktəb binasının əsaslı təmir və yenidənqurmadan sonrakı vəziyyəti ilə tanış olub - FOTOSESSİYA

Azərbaycan prezidenti paytaxtda iki məktəb binasının əsaslı təmir və yenidənqurmadan sonrakı vəziyyəti ilə tanış olub - <font color=red>FOTOSESSİYA</font>
# 05 sentyabr 2012 11:44 (UTC +04:00)
Bakı – APA. Azərbaycan prezidenti İlham Əliyev sentyabrın 5-də Bakının Səbail rayonundakı 49 nömrəli “İntellekt” məktəb-liseyin və Yasamal rayonundakı 21 nömrəli məktəbin binalarının əsaslı təmir və yenidənqurma işlərindən sonrakı vəziyyəti ilə tanış olub.

APA-nın məlumatına görə, prezident əvvəlcə Səbail rayonundakı 49 nömrəli “İntellekt” məktəb-liseyində həyata keçirilən əsaslı təmir və yenidənqurma işləri ilə tanış olub, sinif otaqlarında yaradılan şəraitlə maraqlanıb.

Sonra dövlət başçısı Yasamal rayonundakı 20 Yanvar şəhidi Eldar Məmmədov adına 21 nömrəli tam orta məktəbin əsaslı təmir və yenidənqurma işlərindən sonrakı vəziyyəti ilə tanış olub.

Prezident İlham Əliyev məktəbin ayrı-ayrı sinif otaqlarını, kabinetləri və laboratoriyaları gəzib, yaradılan şəraitlə yaxından maraqlanıb.

Hazırda məktəbin əlavə tədris korpusunun, idman və iclas zalının, yeməkxananın, emalatxananın tikintisi, idman meydançasının yaradılması ilə bağlı işlər davam etdirilir.

Görülən işlərlə tanış olan dövlət başçısı müvafiq tapşırıqlarını verib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR