Bank Of Baku

Yaponiyanın OYO Seysmik Sənaye Korporasiyasının prezidenti Respublika Seysmoloji Xidmət Mərkəzinin Bakı stansiyasında olub - FOTO

Yaponiyanın  OYO Seysmik Sənaye Korporasiyasının prezidenti Respublika Seysmoloji Xidmət Mərkəzinin Bakı stansiyasında olub - <font color=red>FOTO</font>
# 06 sentyabr 2012 07:41 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Yaponiyanın OYO Seysmik Sənaye Korporasiyasının prezidenti Toru Kajivaranın rəhbərlik etdiyi nümüyəndə heyəti Bakıya səfəri çərçivəsində Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) Bakı stansiyasında olublar. RSXM-nın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Mərkəzin baş direktoru Qurban Yetirmişli yaponiyalı seysmoloqlara stansiyanın işi barəsində ətraflı məlumat verib. Qonaqlara bildirilib ki, Mərkəzin hazırda Azərbaycan ərazisində fəaliyyət göstərən və telemetrik peyk rabitəsi ilə işləyən 31 stansiyadan gələn siqnallar Bakı stansiyasında toplanılır və emal edilir. Stansiyanın işi ilə yaxından tanış olan Toru Kajivara RSXM-də aparılan işləri yüksək qiymətləndirib. “Azərbaycanda həqiqətən də seysmoloji tədqiqatlar çox yüksək səviyyədə aparılır”- deyən qonaq Azərbaycanda seysmologiyaya dair tədqiqatların ən müasir avadanlıqlarla aparılmasını müsbət hadisə adlandırıb. Onun sözlərinə görə, bu sahədə Azərbaycan seysmoloqları nəinki MDB məkanındakı ölkələr, dünyanın əksər ölkələrindən də öndədirlər.

Yaponiya seysmoloqlarında Azərbaycanda aparılan işlərin maraq doğurduğunu deyən qonaq ikitəfli əməkdaşlığı inkişafının hər iki ölkə üçün səmərəli olacağına əminliyini ifadə edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR