Bank Of Baku

Azərbaycanda “Elektron məktəb” layihəsinə cəlb olunan təhsil müəssisələrinin sayı 40-a çatıb

Azərbaycanda “Elektron məktəb” layihəsinə cəlb olunan təhsil müəssisələrinin sayı 40-a çatıb
# 06 sentyabr 2012 08:20 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. 2011-2012-ci tədris ilində elektron təhsil texnologiyalarının tətbiqinin genişləndirilməsi və İKT infrastrukturunun inkişaf etdirilməsi istiqamətində həyata keçirilmiş tədbirlər çərçivəsində “Elektron məktəb” layihəsinə cəlb olunan təhsil müəssisələrinin sayı 40-a çatdırılıb. Təhsil Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, “Bir şagird - bir kompüter” layihəsi çərçivəsində 2000 nəfər şagirdə netbuk verilib. Xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün Distant Təhsil Mərkəzi yaradılıb və müəllim, şagird və valideynlərin təhsil prosesinə cəlb olunması üçün www.mesafedenmekteb.edu.az təhsil portalı istifadəyə verilib. Daha 500 təhsil müəssisəsi Azərbaycan Təhsil Şəbəkəsinə qoşulub. Bununla da Azərbaycan Təhsil Şəbəkəsinə qoşulmuş məktəblərin sayı 1200-ə çatdırılıb. 1300 nəfər pedaqoji işçi İKT-nin tədrisdə tətbiqi sahəsində təlimlərdən keçirilib. Bununla da “2008-2012-ci illərdə Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı” çərçivəsində təlimlərdən keçən pedaqoji işçilərin ümumi sayı 76980 nəfərə (52 faiz) çatdırılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR