Bank Of Baku

Azərbaycan və Türkiyə arasında miqrasiya sahəsində əməkdaşlıq genişlənir

Azərbaycan və Türkiyə arasında miqrasiya sahəsində əməkdaşlıq genişlənir
# 06 sentyabr 2012 12:08 (UTC +04:00)
Bakı-APA. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin (DMX) rəis müavini, III dərəcəli dövlət miqrasiya xidməti müşaviri Pərviz Musayev Türkiyə Respublikasının əmək və sosial müdafiə nazirinin müavini Namik Atanın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. DMX-dən APA-ya verilən məlumata görə, görüşün keçirilməsində əsas məqsəd iki qardaş dövlət arasında miqrasiya sahəsində əməkdaşlıq prinsiplərinin daha da genişləndirilməsidir.

Xidmət rəisinin müavini P.Musayev qonaqları səmimi salamlayaraq, Azərbaycan və Türkiyə Respublikaları arasında isti dostluq və qardaşlıq münasibətlərinin olduğunu bir daha diqqətə çatdırıb. P.Musayev həmçinin Dövlət Miqrasiya Xidmətinin yaranma tarixini yada salıb, keçən illər ərzində, həmçinin bu gün həyata keçirilən ən mühüm tədbirlər barədə ətraflı məlumat verib.

Türkiyə Respublikasının əmək və sosial müdafiə nazirinin müavini Namik Ata Azərbaycanda olmaqdan məmnunluqlarını dilə gətirərək bildirib ki, istənilən sahədə Azərbaycanın qazandığı uğurlar bilavasitə Türkiyənin də uğurları sayılır.

Daha sonra tərəflər öz ölkə vətəndaşlarının həm Azərbaycan, həm də Türkiyədə hüquqlarının yüksək səviyyədə qorunduğunu və qanuni əsaslarla iş fəaliyyətlərini davam etdirdiyini bildiriblər. Qarşılıqlı dialoq əsasında keçən görüşdə hər iki tərəf gələcəkdə də həm türk, həm azərbaycanlı əməkçi miqrantların yaşamaları və işləmələri üçün müvafiq icazələrin verilməsinin daha da sadələşdiriləcəyini qeyd ediblər.

Görüş işçi qrup səviyyəsində davam etdirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR