Bank Of Baku

Qubada inşa olunan “Soyqırımı memorial kompleksi”ndə son tamamlama işləri gedir - FOTOSESSİYA

Qubada inşa olunan “Soyqırımı memorial kompleksi”ndə son tamamlama işləri gedir - <font color=red>FOTOSESSİYA</font>
# 06 sentyabr 2012 13:34 (UTC +04:00)
Bu barədə APA-nın şimal bürosuna “Soyqırımı memorial kompleksi”də inşaat işlərini həyata keçirən şirkətin iş icraçısı Adil Axundov məlumat verib. Onun sözlərinə görə, tikinti işlərinə 2010-cu ilin noyabr-dekabr aylarında başlanılıb: “İnşa olunan “Soyqırımı memorial kompleksi”ndə ağır beton işi və metal konstruksiyaların quraşdırılması başa çatıb. Hazırda tikinti işlərinin üçüncü mərhələsi aparılır”.

İnşa olunan 1 mərtəbədən ibarət binanın hündürlüyü 18 metr, bünövrəsinin dərinliyi isə 6 metrdir. Kompleksinin kommunikasiya xətləri artıq çəkilib. Abidənin ətrafında ağaclar, şərti qəbiristanlıq və yollar salınacaq. Muzeyə vertolyotla da gəlmək mümkün olacaq. Bunun üçün xüsusi meydança tikiləcək. Kompleksin idarəsi üçün də xüsusi bina inşa olunur. Abidə kompleksi tam hazır olduqdan sonra məzarlığın bir hissəsi eksponat kimi binaya köçürüləcək. Muzey 3,5 hektar ərazini əhatə edir. İnşaat işlərinə 70 nəfər cəlb olunub. Tikinti işlərinin oktyabr ayında yekunlaşması planlaşdırılır.

Qeyd edək ki, ermənilərin azərbaycanlılara qarşı törətdiyi soyqırımı nəticəsində meydana gələn Quba soyqırımı məzarlığı 2007-ci il aprelin 1-də torpaq işləri görülərkən aşkar edilib. Azərbaycan Milli Elmlər Akademiyası Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşları tərəfindən aparılan tədqiqatlar nəticəsində məzarlıqda təxminən 400-dən çox insan cəsədinin qalıqları aşkar edilib. Qalıqları tapılanların 50-dən çoxu uşaq, 100-dən çoxu qadın, qalanı isə yaşlı kişidir. Ermənilərin azərbaycanlılarla yanaşı, amansızcasına qətlə yetirdikləri ləzgilər, yəhudilər, tatlar və digər etnik qrupların nümayəndələri də məzarlıqda kütləvi şəkildə basdırılıblar.

Xatırladaq ki, Azərbaycan prezidenti İlham Əliyev 2009-cu ildə Prezidentin Ehtiyat Fondundan Qubada “Soyqırımın memorial kompleksi”nin yaradılması məqsədilə 1 mln. manat ayırıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR