Bank Of Baku

Bu il rezidenturaya keçiriləcək qəbul imtahanlarında iştirak edəcək şəxslərin sayı ötən ilkindən 70 nəfər çoxdur

Bu il rezidenturaya keçiriləcək qəbul imtahanlarında iştirak edəcək şəxslərin sayı ötən ilkindən 70 nəfər çoxdur
# 07 sentyabr 2012 08:23 (UTC +04:00)
APA-nın məlumatına görə, bu gün keçirdiyi mətbuat konfransında Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə bildirib ki, bu il rezidenturaya ayrılan plan yerlərinin sayı 514-dür. Sabah Azərbaycanda 2012-2013-cü tədris ili üçün rezidenturaya ilk qəbul imtahanı keçiriləcək. İmtahanda iştirak etmək üçün 1121 nəfər elektron ərizə doldurub və təsdiq edib. Onlardan 842 nəfəri qız, 279 nəfəri isə oğlanlardır. TQDK sədri deyib ki, bu il rezidenturaya sənəd verənlərin yarısı qəbul oluna bilər: “Ötən il isə 316 yerə 1063 nəfər sənəd vermişdi. Ötən il sənəd verənlərin hər 3-ündən biri rezidenturaya qəbul oluna bilərdi”.

İmtahan Bakı şəhərində 2 binada – Azərbaycan Tibb Universitetinin I və V tədris binalarında və Naxçıvan şəhərində 1 binada keçiriləcək.

Qəbul imtahanları test üsulu ilə iki mərhələdə keçiriləcək. Birinci mərhələdə namizədlərin baza ali tibb təhsili istiqamətinə müvafiq olan qəbul proqramı əsasında baza fənləri üzrə bilikləri, ikinci mərhələdə isə ixtisas fənləri üzrə bilikləri yoxlanılacaq.

Rezidenturaya qəbul imtahanının ikinci mərhələsi isə sentyabrın 9-da keçiriləcək.

Namizədlərə baza və ixtisas fənlərinin hər birindən ayrılıqda 100 test tapşırığı təqdim olunacaq. Hər iki mərhələdə namizədin hər bir test tapşırığına düzgün cavabı 1 (bir) balla qiymətləndirilir, səhv cavablar namizədin imtahan nəticəsinə təsir göstərmir.

İmtahan suallarının cavablandırılmasına hər bir mərhələ üzrə 2 saat 30 dəqiqə vaxt ayrılır.

Müsabiqə baza və ixtisas fənlərindən toplanılan balların cəminə əsasən aparılır. Müsabiqədə iştirak etmək üçün namizədin baza fənləri üzrə imtahanda topladığı test balı 40-dan, ixtisas fənləri üzrə imtahanda topladığı test balı isə 50-dən az olmamalıdır.

Rezidenturaya qəbul olunmaq üçün ixtisas seçimi qəbul imtahanının nəticələri elan olunduqdan sonra aparılacaq. Namizədlər müəyyən olunmuş müddət ərzində elektron ərizələrinə daxil olaraq ali tibb təhsili bazasına uyğun (bitirdiyi fakültəyə müvafiq olan) ixtisasları seçib təsdiq etməlidirlər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR