Bank Of Baku

TQDK sədri: “Tələbələrin ali təhsil formasını öz arzuları ilə seçmələri bəzi ali məktəblərdə problemlər yaradıb”

TQDK sədri: “Tələbələrin ali təhsil formasını öz arzuları ilə seçmələri bəzi ali məktəblərdə problemlər yaradıb”
# 07 sentyabr 2012 08:48 (UTC +04:00)
APA-nın xəbərinə görə, bunu Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə bu gün keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, bu ildən əyani və qiyabi təhsil formasını tələbələr ali məktəblərdə öz arzuları ilə seçiblər. Bu isə bəzi ali məktəblərdə problemlər yaradıb: “Bakı Dövlət Universitetinə bakalavr səviyyəsi üzrə qəbul olunanların sayı 3000 nəfərdən çox olsa da, onların yalnız 90-ı qiyabi təhsil formasını seçib. Təhsil formasının ali məktəblərdə tələbələrin istəyi ilə seçilməsi universitetlərlə razılaşdırılıb. Buna görə də universitet özü təhsil formaları üzrə təhsili təşkil etməlidir. Əgər təşkil edə bilmirsə, onda qəbul planını təqdim etdikdə deməlidir ki, bu yerlər yalnız ödənişlidir. Əgər ali məktəblər həqiqətən də Boloniya prosesinə keçibsə, onda bu problemləri özləri həll edə biləcəklər”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR