Bank Of Baku

Azərbaycan ərazisində qısamüddətli yağışlar yağacaq

Azərbaycan ərazisində qısamüddətli yağışlar yağacaq
# 07 sentyabr 2012 10:13 (UTC +04:00)
Bəzi yerlərdə az yağış yağacağı ehtimalı var. Şimal-şərq küləyi əsəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən məlumata görə, havanın temperaturu gecə 16-21, gündüz 26-29 dərəcə isti olacağı gözlənilir.

Abşeronun çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba, Buzovna, Mərdəkan, Şüvəlanda 22-23, Türkan, Hövsan, Şıx, Sahildə 23-24 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında sentyabrın 8-də gecə və səhər bəzi şərq rayonlarında qısamüddətli az yağış yağacağı, axşam isə hava şəraitinin dəyişiləcəyi, şimal və qərb rayonlarından başlayaraq şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 16-21, gündüz 28-33, dağlarda gecə 8-13, gündüz 20-25 dərəcə isti olacaq.

Sentyabrın 8-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən səhər və axşam saatlarında bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Temperatur rejimində mühüm dəyişiklik gözlənilmir. Mülayim şimal-şərq küləyi əsəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR