Bank Of Baku

Dövlət Kino-Foto Sənədləri Arxivinə ETSN-dən yeni sənədlər daxil edilib

Dövlət Kino-Foto Sənədləri Arxivinə ETSN-dən yeni sənədlər daxil edilib
# 07 sentyabr 2012 11:46 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Dövlət Kino-Foto Sənədləri Arxivinə Ekologiya və Təbii Sərvətlər Nazirliyindən (ETSN) 120 saxlama vahidi fotosənəd, 4 saxlama vahidi kino (video) sənəd daxil edilib. Milli Arxiv İdarəsindən APA-ya verilən məlumata görə, foto-kino sənədlər ekologiya ilə bağlı dövlət proqramları və layihələrinin reallaşdırılması istiqamətində görülən işləri əks etdirir. Meşələrin inkişafı, Milli Parklar, yaşıllaşdırma, su ehtiyatlarının idarə olunması, biomüxtəlifliyin mühafizəsi, beynəlxalq əməkdaşlıq, foto-kino sənədlərin mövzusunu təşkil edir. Hazırda Dövlət Kino-Foto Sənədləri Arxivində hər bir sənədin məzmunu hazırlanır və arxiv fonduna qəbulu rəsmiləşdirilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR