Bank Of Baku

AMEA Tarix İnstitutunda Nəriman Nərimanova həsr olunmuş sənədlər toplusu hazırlanıb

AMEA Tarix İnstitutunda Nəriman Nərimanova həsr olunmuş sənədlər toplusu hazırlanıb
# 07 sentyabr 2012 12:32 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunda görkəmli dövlət xadimi Nəriman Nərimanova həsr olunmuş sənədlər toplusu hazırlanıb. Tarix İnstitutundan APA-ya verilən xəbərə görə, topluya institutun Rusiya Dövlət Sosial-Siyasi Tarix Arxivindən Azərbaycana gətirdiyi materiallar və indiyədək Nəriman Nərimanov haqqında məlum olmayan çoxlu sayda yeni sənədlər daxil edilib.

Əldə olunmuş yeni sənədlər Nəriman Nərimanov haqqında tarixi həqiqəti, onun keçdiyi həyat yolunu işıqlandırmaq üçün olduqca qiymətlidir. Topluya daxil edilən sənədlərdə Azərbaycanda sovet hakimiyyətinin ilk illərində Nəriman Nərimanovun həm Azərbaycanda, həm də Moskvada fəaliyyət göstərdiyi dövrdə mərkəzi və yerli idarəetmə strukturlarında cəmləşmiş qeyri-azərbaycanlı bolşevik və erməni-daşnak güruhunun anti-Azərbaycan siyasətinə qarşı apardığı mübarizə öz əksini tapıb.

Tarix İnstitutunda keçirilmiş Elmi Şurada sənədlər toplusunun redaksiya heyəti təsdiq olunub və topluya daxil ediləcək məqalələr müəyyənləşdirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR