Bank Of Baku

Azərbaycan və Türkiyə arasında işçi qüvvəsinin qarşılıqlı əmək fəaliyyətinə dair yeni saziş layihəsi üzrə razılıq əldə edilib - FOTO

Azərbaycan və Türkiyə arasında işçi qüvvəsinin qarşılıqlı əmək fəaliyyətinə dair yeni saziş layihəsi üzrə razılıq əldə edilib - <font color=red>FOTO</font>
# 07 sentyabr 2012 13:07 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva - APA. Azərbaycan və Türkiyə arasında əmək və sosial müdafiə sahəsində əməkdaşlıq üzrə Birgə Daimi Komissiyanın 7-ci iclasının Protokolu çərçivəsində əməkdaşlıq məsələlərini həll etmək üçün yaradılmış İşçi Qrupun ikinci iclasının yekunlarına dair protokol imzalanıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən xəbərə görə, sənədi Azərbaycan əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Natiq Məmmədov və Türkiyənin əmək və sosial müdafiə nazirinin müavini Namık Ata imzalayıb.

İclasda hər iki ölkə vətəndaşlarının əmək, sosial müdafiə, məşğulluq və yaşayış icazələri məsələlərində qarşılaşdıqları problemlərin müəyyən edilməsi və həll edilməsi istiqamətində görüləcək tədbirlərin müəyyənləşdirilməsi məsələsi geniş müzakirə olunub.

İclasın nəticəsi olaraq ƏƏSMN ilə Türkiyənin Əmək və Sosial Müdafiə Nazirliyi arasında 5 may 1997-ci il tarixində Ankara şəhərində imzalanmış Əməkdaşlıq Sazişinin günün şərtlərinə uyğun olaraq yenidən işlənməsi və tərəflərin müvafiq ölkədaxili prosedurları rəsmi olaraq tamamlandıqdan sonra əlaqədar nazirliklər tərəfindən imzalanması barədə razılığa gəlinib. Bununla yanaşı, Azərbaycan və Türkiyə arasında işçi qüvvəsinin qarşılıqlı əmək fəaliyyətinə dair yeni bir sazişin imzalanması qərarlaşdırılaraq, həmin saziş layihəsi üzrə razılıq əldə edilib. Tərəflərin müvafiq ölkədaxili prosedurları rəsmi olaraq tamamlandıqdan sonra həmin saziş imzalanacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR