Bank Of Baku

Tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olanların qeydiyyatı başa çatıb

Tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olanların qeydiyyatı başa çatıb
# 07 sentyabr 2012 14:07 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Azərbaycanda 2012-2013-cü tədris ili üçün tam orta orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olan şəxslərin daxil olduqları təhsil müəssisələrində qeydiyyat müddəti başa çatıb. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, tam orta təhsil müəssislərinə qəbul olan şəxslərin qeydiyyatına avqustun 27-dən başlanıb. Qeydiyyat sentyabrın 5-də başa çatmalı olsa da, TQDK bu müddəti sentyabrın 7-si saat 17.00-dək uzadıb. Bu müddətədək qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilməsindən imtina etməsi kimi qiymətləndirilir.

Qeyd edək ki, bu il tam orta orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə 8527 nəfər qəbul olub. Qəbul planı 97,71 faiz yerinə yetirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR