Bank Of Baku

Bu ilin 8 ayında istehsalatda baş verən bədbəxt hadisələr zamanı 49 nəfər dünyasını dəyişib

Bu ilin 8 ayında istehsalatda baş verən bədbəxt hadisələr zamanı 49 nəfər dünyasını dəyişib
# 07 sentyabr 2012 15:10 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva - APA. Bu ilin 8 ayı ərzində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) yanında Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən 4295 sahibkarlıq subyektində əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarəti həyata keçirilib, 2248 vətəndaş müraciətinə baxılıb və müvafiq tədbirlər görülüb.

ƏƏSMN-in İctimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, bu müddətdə işəgötürənlər tərəfindən əmək qanunvericiliyinin tələblərinə əməl olunmadığı 11 671 hal aşkar edilib. Onlardan bir hissəsi dövlət nəzarətinin həyata keçirildiyi zaman aradan qaldırılıb, icrası müddət tələb edən pozuntuların aradan qaldırılması üçün işəgötürənlərə müvafiq göstərişlər verilərək yerinə yetirilməsi nəzarətə götürülüb.

Bu dövrdə əmək müqavilələrinə əmək qanunvericiliyinin tələbləri pozularaq xitam verilmiş 54 nəfər öz əvvəlki işinə bərpa edilib, ödənişi işəgötürənlər tərəfindən gecikdirilmiş 305880 manat məbləğində sosial ödənişlərin, o cümlədən 256 007 manat əmək haqqının, 27 722 manat zərər əvəzi ödəncin, 22 151 manat isə digər sosial müavinətlərin vətəndaşlara ödətdirilməsi təmin edilib.

Bu ilin 8 ayı ərzində istehsalatda baş verən bədbəxt hadisələrin sayı ötən ilin müvafiq dövri ilə müqayisədə 179-dan 136-ya, bu hadisələr zamanı dünyasını dəyişənlərin sayı 68-dən 49-a, xəsarət alanların sayı isə 136-dan 107-yə enib.

Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən cari il sentyabrın 5-dək iş yerlərində 17 000 nəfər işçi ilə əmək müqaviləsinin bağlatdırılması təmin edilib. Qeyri-rəsmi məşğulluğun qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR