Bank Of Baku

Azərbaycan və Litva arasında fövqəladə halların qarşısının alınması, aradan qaldırılması sahəsində əməkdaşlıq və yardım haqqında saziş imzalanıb

Azərbaycan və Litva arasında fövqəladə halların qarşısının alınması, aradan qaldırılması sahəsində əməkdaşlıq və yardım haqqında saziş imzalanıb
# 07 sentyabr 2012 15:47 (UTC +04:00)
APA-nın məlumatına görə, sentyabrın 7-də Qəbələdə keçirilən görüşdə fövqəladə hallar zamanı əməkdaşlıq, iki ölkə mütəxəssislərinin birgə iştirakı ilə fövqəladə hallar sahəsində kadrların hazırlanması, birgə təlimlərin keçirilməsi məsələləri müzakirə edilib. Sonra iki ölkənin hökumətləri arasında fövqəladə halların qarşısının alınması, aradan qaldırılması sahəsində əməkdaşlıq və qarşılıqlı yardım haqqında saziş imzalanıb.

Qeyd edək ki, Litvanın daxili işlər naziri Arturas Melianas və onun rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinin, Xüsusi Riskli Xilasetmə Xidmətinin, Mülki Müdafiə Qoşunlarının Komandanlığının və nazirliyin akademiyasının fəaliyyəti ilə tanış olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR