Əlillərin VIII Ümumrespublika sərgi-müsabiqəsi keçiriləcək
13 sentyabr 2012 12:24 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva - APA. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tərəfindən Əlillərin VIII Ümumrespublika sərgi-müsabiqəsi keçiriləcək.
Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən xəbərə görə, “2012-ci ildə əlillərin və sağlamlıq imkanları məhdud uşaqların sosial müdafiəsi və reabilitasiyası Proqramı”na uyğun olaraq noyabrda keçiriləcək sərgi-müsabiqə üçün artıq təşkilati işlərə başlanılıb.
Sərgi-müsabiqədə əlillərin rəssamlıq, dekorativ tətbiqi sənət, xalçaçılıq, toxuma və hörmə, bədii tikmə, ağac üzərində iş, dulusçuluq və digər sahələr üzrə əl işləri nümayiş etdiriləcək. Fərqlənən əlillərə mükafatların verilməsi nəzərdə tutulur. Tədbirdə iştirak etmək üçün bölgələrdən gələn əlillərin dövlət hesabına otellərdə yerləşdirilməsi, habelə onlara müvafiq xidmətlərin göstərilməsi təmin ediləcək.
Qeyd edək ki, son 3 ildə 2 min nəfərdən çox yaradıcı əlil belə tədbirlərə cəlb olunub.

Sosial
Laçın şəhərinə növbəti köç karvanı yola salınıb - FOTO
05:44
31 may 2024
“Gənc arıçı” layihəsinin təlim mərhələsinə start verilib
21:45
30 may 2024
Türkiyənin əmək və sosial müdafiə naziri 1 saylı DOST Mərkəzində olub
19:09
30 may 2024
Gəmi istifadəçiləri üçün maarifləndirmə tədbirləri keçirilib
18:45
30 may 2024