Bank Of Baku

Gəncədə yeni elektron tipli qaz sayğacları istehsal olunacaq

Gəncədə yeni elektron tipli qaz sayğacları istehsal olunacaq
# 15 dekabr 2006 09:25 (UTC +04:00)
“Gəncə Cihaz” ATSC yeni elektron tipli qaz sayğaclarının istehsalına başlamaq niyyətindədir. Fransanın “Aktarius” şirkətilə bağlanmış müqavilə əsasında, Gəncədə buraxılacaq bu sayğacların həm respublika daxilində, həm də ölkədən kənarda satılması nəzərdə tutulub. Bu barədə APA-nın Qərb bürosuna müəssisənin direktoru Faiq Yelisuyski məlumat verib.
F.Yelisuyskinin sözlərinə görə, bir vaxtlar keyfiyyətli su sayğaclarının istehsalı ilə məhğul olan bu müəssisə özəlləşdirildikdən sonra müasir avadanlıqlarla təmin olunub və bu günlərdə tam gücü ilə işə başlayacaq. Hələlik yeni iki qaz sayğacının eksperiment məqsədilə 4 mikrorayonda quraşdırılıdığını deyən müəssisə rəhbəri elektron qaz sayğaclarının tezliklə öz bazarını tapacağını bildirib: “Hazırda bütün dünyada bu tip sayğaclar effektiv işlə seçilir və bütün istehlakçılar elektron tipli sayğaclara üstünlük verirlər”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR